"Ordunun ehtiyacları üçün ayrılan büdcənin 30%-i həddən artıq optimist proqnozdur", - Britaniya kəşfiyyatı bildirib.

Tezadlar.az manas.news-a istinadla bildirir ki, ekspertlər bir şeyə əmindirlər: Rusiya getdikcə artan hərbi xərcləri ödəmək üçün əvvəllər müharibədə iştirak etməyən büdcə maddələrinin əksəriyyətini ixtisar etməli olacaq. Sitat: "Dekabrın 5-də Putin ordu, xüsusi xidmət orqanları və polisin ehtiyacları üçün 9 trilyon rublun ayrılmasını nəzərdə tutan 2023-cü il üçün Dövlət Büdcəsini imzalayıb. Yeni büdcənin əvvəlkilərdən xeyli yüksək olmasına baxmayaraq, London onun həddən artıq “nikbin” olduğuna əmindir. "Milli müdafiə” maddəsi üzrə xərclər 4,981 trilyon rubla qədər artacaq. Bu, bir il əvvəl qəbul edilmiş üçillik büdcəyə daxil edilmiş məbləğdən 43% çoxdur. Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası, xüsusi xidmət orqanları, İstintaq Komitəsi, prokurorluq və Federal Penitensiar Xidmətin büdcələri "milli təhlükəsizlik və hüquq-mühafizə orqanları" bəndinə birləşdirildikdə 4,417 trilyon rubl təşkil edəcək və rəqəmlər 1,5 dəfə artmış olacaq. Bu 2006-cı ildən bəri bu maddə üzrə xərclərin ən böyük sıçrayışıdır. Bu baxımdan, müharibə xərclərini dəstəkləmək zərurətindən Rusiya büdcəsinin müharibədən uzaq olan qollarının yükü dəfələrlə artacaq.
Məlumdur ki, hərbçilərə aid edilə bilən xərclər müxtəlif maddələr arasında bölüşdürülür. Bununla belə, eyni zamanda, büdcə maddələrinin bəziləri ümumiyyətlə qapalıdır. Prezident tərəfindən büdcənin imzalanmasından əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu “əlavə ayrılmış büdcə vəsaitləri nəzərə alınmaqla” dövlət müdafiə sifarişinin maliyyələşdirilməsinin həcminin 2012-ci illə müqayisədə 2023-cü ildə  təxminən bir yarım dəfə artacağı barədə məlumat yaymışdır.  Eyni zamanda büdcədən bu xərc maddəsinə ayrılan konkret məbləğ də qeyd olunmayıb...".

Beləliklə, Ukraynadakı yersiz müharibə Rusiya iqtisadiyyatını və maliyyəsini çökdürməkdədir... Korrupsiyaya öyrəşmiş məmurlara tətbiq edilən sanksiyalar isə vəziyyəti lap ağırlaşdırmış olacaq: hansı mənbədən pul əldə etmək???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN