Azər Quliyev: «Əmək qanunvericiliyinin belə kobud surətdə pozulmasına təəssüf edirəm…»

SOCAR-ın «Azneft» İstehsalat Birliyinin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin rəisi Coşqun Mayılov idarənin işçisi Ramiz Manafovu Əmək Məcəlləsinin 70-ç bəndinə əsasən 12.01.2023-cü il tarixdən işdən azad edib.  Lakin maraqlıdır ki, 12.02.2022-ci il tarixindən xəstəlik vərəqəsi alan, 1 ilə yaxın xəstə olan, TSEK tərəfindən bu ilin yanvar ayında 3-cü qrup əlillik alan, 01.12.2022-10.01.2023-cü il tarixində də bülletendə olan işçi necə işdən çıxarılıramiz Manafovun şikayətində nə dərəcədə haqlı olduğunu dəqiqləşdirmək üçün  Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin hüquqşunası Azər Quliyevin mövqeyini öyrəndik. A.Quliyev dedi:

-İdarənin rəhbərliyinin işçi ilə bağladığı  Əmək Müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əsas götürülərək bu halda (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) necə ləğv oluna bilər??? "Üzürsüz səbəbdən “2022-ci ilin 01 dekabrından 2023-cü ilin 10 yanvarına qədər işdə olmama səbəbinə görəmi? Xatırladıram ki, Azərbaycan Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində deyilir: «- Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: -özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi». Beləliklə, işçinin 01.12.2022 - ci ildən 10.01.2023-cü ilədək işə gəlməməsi 3 halda əsassız hesab edilə bilməz:

1.Bu günlər üçün işçinin xəstəlik vərəqəsi var.

  1. İşçi artıq 1 ildir ki, müalicə alır, uzun müddətə xəstəlik vərəqəsi təqdim edib və 3-cü qrup əlillik dərəcəsi alıb.
  2. Müalicə aldığı xəstəxana tərəfindən 01.12.2022 - ci il tarixində əlillik dərəcəsi təyin edilməsi üçün TSEK-ə göndərilib, 07.01.2023 - cü il tarixində üçüncü qrup əlilliyi təsdiq olunub, 09.01.2023-cü il tarixində həmin sənəd işçiyə verilib, işçi tərəfindən isə 1 gün sonra müəssisəyə təqdim edilib. Bununla da işçi R.Manafov müəssisəyə əmək qabiliyyətli olmama vərəqəsi təqdim etsə də, işəgötürən xəstəlik vərəqələrini şübhəli hesab edərək geri qaytarmışdır… Bu isə o deməkdir ki, idarə rəhbərliyi Əmək Məcəlləsinin tələblərini pozmaqla qərar vermişdir…

***

 «Təzadlar» onu da xatırladır ki, 30.12.2022-ci il tarixində İdarə tərəfindən 1 saylı İNMXTİ-nin Həmkarlar İttifaqı Komitəsinə (HİK) R.Manafovun əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Həmişə olduğu kimi daima işəgötürənin “yanında” olan Həmkarlar Təşkilatının sədri gözünü yumaraq işçinin işdən azad olunmasına razılıq vermişdir…

Bəs görəsən, millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev yerli həmkarlar təşkilatının bu təəccüb doğuran bu əməlinə necə qiymət verərdi? Axı Səttar Mehbalıyev Milli Məclisdə Azərbaycan Əmək Məcəlləsinin qəbulunda iştirak edib və səs veribdir…

A.Məmmədli

sok-2

sok-1

sok-3

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN