Qardaş Türkiyədə yüz minlərlə insanın həyatına ağrı-acılar, faciələr gətirmiş zəlzələnin vurduğu ziyanın miqyası milyardlarla ölçülür...
Lakin qarşılıqlı kömək, qardaş əlinin uzadılması bu ağrını mümkün qədər azaltmağa köçəkdir. Elə bu niyyətlə dünən axşam saatlarından başlayaraq "Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə artıq 115 milyard lirəni keçib. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, kampaniya çərçivəsində ümumilikdə toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib. İzləyicilər 9 milyon 10 min SMS göndərilib. Bir SMS 50 lirəyə bərabər olub. Kampaniyaya dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb. Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) keçirib.
Dünən axşam saatlarından-saat 20:00-da “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib. Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilib. Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Bəli, bu bir daha göstərdi ki, insanlar dünyanın hansı məkanında yaşamaslndan asılı olmayaraq doğma Vətəni-türk yurdunu ana qucağı kimi heç vaxt unutmurlar...
Tanrı əvəzini ikiqat qaytarar! Dara düşənə kömək özünün gələcəyinə olan avansındır, bir zaman özünə qayıdar!
A.Məmmədli