Azərbaycan SSR Ali Sovetinin 1990--1991-ci illərdə deputatı olmuş Eldar Teymur oğlu Bağırovun öldürülməsi hələ də müəmma və qaranlıq sirr olaraq qalmaqdadır...
Azərbaycan ictimaiyyəti bu qətlin mahiyyətiş icraçısı və sifarişçisi barədə demək olar məlumatsızdır...
Dəyərli dostlar, çoxsaylı sorğunuzu nəzərə alaraq Ağdamın işğalı ilə bağlı TezadlarTV-nin canlı efir silsilələri davam edir, həmin hadisələrin müəyyən mənada içərisində olmuş, 1990-91-ci illərdə Ağdamda azadlıq fədailərinin öncüllərindən olmuş AHB-NİN SƏDRİ təhmasib Novruzov TezadlarTV-nin BU GÜN SAAT 17:00-DA EFİRƏ GEDƏCƏK BURAXILIŞINDA BU VI YA DİGƏR QARANLIQ SUALALARA CAVAB VERƏCƏK. BİZİ İZLƏYİN, KANALA ABUNƏ OLUN!
XXX
Eldar Teymur oğlu Bağırov 1953-ci ildə Ağdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.
Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988 çi ildə Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.
1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən bacısı yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovunqardaşıdır. Ailəli idi, 2 qız övladı var.
A.Məmmədli