Dünən martın 2-də, axşam saatlarında Rusiyanın Moskva vilayətinin Kolomna şəhərində partlayış baş verib.

Tezadlar.az TACC-a istinadla bildirir ki, hələlik dəqiq nə baş verdiyi məlum deyil. Belə ki, Rusiyanın paytaxtı Moskvadan 100 km-dən bir qədər çox məsafədə yerləşən Moskva yaxınlığındakı Kolomna qəsəbəsində güclü partlayış səsi eşidilib. Sakinlər bildiriblər ki, onun səsi bütün şəhərə yayılıb. Təbliğatçılar bildirir ki, təcili yardım xidmətləri partlayış yerinə yola düşüb. Hələlik baş verənlərlə bağlı təfərrüatlar yoxdur. Eyni zamanda, Rusiyanın Teleqram kanallarına istinadən yerli sakinlər iddia edirlər ki, onlar partlayışdan əvvəl fit səsi eşitmişlər: “Fit eşidildi, sonra partlayış  baş verdi...".
Qeyd edək ki, bir neçə gün əvvəl Kolomna vilayətində - "Qazprom"un qaz-kompressor stansiyasının 100 metrliyinə pilotsuz təyyarə düşüb. 
Eyni zamanda, TASS mənbələri partlayışın havada baş verdiyini və bunun pilotsuz təyyarə ola biləcəyini, lakin hələlik onun qalıqlarının tapılmadığını bildirib.

Bir sözlə, Rusiyada ardıcıl baş verən bu partlayışlar göstərir ki, artıq Rusiyada da cəbhədə vəziyyət artıq rusca deyil, "Ukraincədir".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN