Aprel ayında Daşkənddə dünyanın 17 ölkəsindən 150-yə yaxın şirkəti bir araya gətirəcək sənaye sərgiləri keçiriləcək.

International Expo Group yeni mövsümü beynəlxalq sənaye sərgiləri ilə açır.

Beləliklə, “Özbəkekspomərkəz”ində mədənçıxarma, metal emalı və kimya sənayesi, eləcə də təhlükəsizlik, nəqliyyat və xüsusi avadanlıqlara həsr olunmuş Beynəlxalq Sənaye Forumu işə başlayır.

Aprelin 5-də başlayacaq sərgi 3 gün davam edəcək. 

Yerli KİV-in məlumatına görə, birləşmiş ekspozisiyada dünyanın 17 ölkəsindən 150-yə yaxın şirkət iştirak edəcək. İştirakçı ölkələr: Özbəkistan, Avstriya, Belarus, Almaniya, Hindistan, İran, İtaliya, İspaniya, Qazaxıstan, Kanada, Çin, Latviya, Polşa, Rusiya, Türkiyə, Çexiya və Yaponiya.

Qeyd edək ki, sərgi iştirakçılarının 75 faizini xarici ölkələrin şirkətləri təşkil edir. Xüsusilə Çin, Türkiyə və Rusiyadan olan şirkətlərin yüksək marağı nəzərə çarpır. Siyahıdakı ölkələrin adlarından da məlum olduğu kimi, sərgidə Azərbaycan şirkətlərindən iştirak edən yoxdur.

Xatırladaq ki, sərgilər təkcə texnologiyalar və materiallarla tanış olmaq üçün deyil, həm də mütəxəssislərlə birbaşa əlaqə yaratmaq üçün yaxşı fürsət deməkdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN