Tanınmış diplomat və səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev dünən Azərbaycan futbol üzrə yığma komandasının İsvecin yığma komandasına 5-0 hesabla uduzmasını təəssüflə qarşılayıb... Vilayət Quliyev özünün facebook səhifəsində bu halı belə şərh edir: "...Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
-Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
-Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi. Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."ş
Bəli, içində Vətən pərvərliyi olmayan uduzacaq! Vətəni Vətən kimi sevən oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın qapısına 30 (işğal illərinin sayı) top vurdu... O topların səsi hələ də İrəvanın hər qarışında qorxu ilə hiss edilir... Hələ qarşıda daha çox top vuran oğullarımız var və məqam, bir də komanda gözləyirlər!
Vilayət Quliyev həm də demək istəyir ki, komandanın KOMANDİRİ olmalıdır! Necə ki, yuxarıda dedim, ordu yığmamız 44 günlük müharibədə İlham Əliyevin Komandanlığı ilə komanda şəklində "Vətən!" deyib döyüşdü, müharibəni oynadı, uddu!!!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN