Kılıçdaroğlu Türkiyədə keçirilən prezidentlik uğrunda mübarizədə sonuncu olan

və buna görə də ikinci turu (GÖZLƏNİLƏN) kənardan izləməli olacaq müxalifət lideri Sinan Oğanın topladığı - 5,2% səsləri almağı planlaşdırır. Lakin onun üçün bəd xəbər var – bu rəqəm də onu prezidentlik kürsüsünə apara bilməz.

Bu barədə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasındakı (CXP) mənbə məlumat verib.

"Əvvəla, partiyalarda tərəflər səsvermənin nəticələrini təhlil edəcək, görüşlər keçirəcək. Oğan bu görüşlərdə nə qərar veriləcəksə, ona uyğun olaraq öz auditoriyasını yönləndirməyə çalışacaq. İndi Türkiyədə sırf populist bir proses başlayır. Amma görünən odur ki, Oğan bütün elektoratını Kılıçdaroğluna yönəldə bilməyəcək”, - deyə TASS-ın müsahibi bildirib.

Xatırladaq ki, ötən gün Prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan səsvermədə 50 faizi artıqlaması ilə üstələmişdi, lakin günün sonuna döğru bu rəqəm 49,35 faizə düşdü, daha sonra namizədlərdən Kamal Kılıçdaroğlu 45 faiz, Sinan Oğan 5,22, Muharrem İncə isə 0,43 faiz səs toplayıb.

Qeyd edək ki, səsvermədə Ərdoğan liderdir. 

 Onu da əlavə edək ki, bu gün Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyə Respublikası Prezidenti və 28-ci dövr Parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, Türkiyə Respublikasının milli qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN