Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edərkən bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını bildirib.

Tezadlar.az "Belorusiya həqiqətləri" portalına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı hökumətin iclasında deyib. Belarus Prezidenti sadəcə adenovirusa yoluxduğunu açıqlayıb: “Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Bu sadəcə adenovirus idi”.

 O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və “hər şey üst-üstə yığılıb”. “Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – deyə Lukaşenko xəbərdarlıq edib. Xatırladaq ki, Lukaşenkonun mayın 9-da Moskvada keçirilən Qələbə Paradı zamanı halı pisləşib. O, rəsmi ziyafətə qatılmayıb. Bundan sonra isə bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb.

Prezident düşmənlərinin arzusunu gözündə qoyacağını inadla bildirib.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN