...Polisdöyən sabiq millət vəkili Eldəniz Səlimov mövzusu bitib-tükənmir.

Məlum olduğu kimi, Milli Məclisin qərarı ilə onun toxunulmazlıq hüququ ləğv edilib və barəsində Baş Prokurorluğun təqdimatı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan deputat Eldəniz Səlimov apellyasiya şikayəti verib. Sabiq deputat barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir. Şikayətə sabah avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
***
Bəli, statusu olan və hətta qanunverici orqanda təmsil olunan bir şəxsin məsuliyyətsiz hərəkəti onun bütün karyerasına son qoydu, nüfuzunu heçə endirdi. Halbuki o, başqalarına davranışı ilə nümunə olmalı idi. Ola bilmədi. Qanunları kobud surətdə tapdayan bu şəxs indi qanuni hüquqlarının müdafiəsini qurmaq istəyir.
Bəs görəsən baş verənlər onun gələcəkdə islah olunmasına bəs edəcəkmi???
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN