Bəndəniz bir ay qabaq koronanın “lambda” növü yayılanda kiçik bir cızma-qara eləmişdi və dünyada tüğyan edən COVİD-19 virusunun yeni-yeni növlərinin əmələ gəlməsindən, daha doğrusu, gələcəkdə yeni mutasiyaların adlandırılması üçün yunan əlifbasının 24 hərfinin  kifayət etməyəcəyindən narahatlığınıı bildirmişdi.

Dönə-dönə bildirmişdim ki, eybi yoxdu, Allah üzümüzə baxıb, elə bu bəlanı 24 hərflə başa vuracağıq. Allaha və bir də ÜST-ə yalvarmışdım ki,  ştammları Çin hərfləri ilə adlandırmağı bizə nəsib etməsin. 10-12 min hərfi olan Çin əlifbasına növbə çatsa,türklər demişkən yandıq. Amma 24 hərfin qurtarmasına az qalıb. ÜST də deyir ki, bu uzaq başı 2030-cu ilə kimi davam edəcək.

Amma indi aydın olur ki, bu yunan əlifbasl da yaramır.ştammlar artır, hərflər isə qurtarır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove də deyib.

O bildirib ki, potensial yeni ştammların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib.

Ekspertin sözlərinə, koronavirus ştammlarının adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.

Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirus ştammlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.Bu günədək "alfa", "beta", "qamma", "delta" və "lyambda" ştammları məlumdur.

 İndi çətin vəziyyətə düşən, ştammları gah Olimp,Zevs kimi yunan Allahları, gah da bürclərin adları ilə adlandırlmaq istəyən ÜST-ə bildirmək istəyirəm ki, bürücün sayı da 12-dən çox deyil, onlar qurtarandan sonra nə edəcəksiniz?

 Ona görə də, bütün bu qeyri-müəyyənliyi nəzərə alıb ÜST-ə belə bir təklif vermək istəyirəm:

1-ci variant: madam ki,virusun yeni-yeni mutasiyaları əmələ gəlir və yayılır, hərflər isə qurtarmaq üzrədir, gəlin bundan sonra ştammları 10-12 min hərfdən,işarədən ibarət olan Çin əlifbası ilə adlandıraq. 12 min hərfin qurtarması da ən azı bir 200-300 ilə çəkər.Ürəyin istədiyi qədər,gen-boluna işlət.

2-ci variant: yeni ştammları quş adları ilə adlandıraq. Bir halda ki, virisu yayn yaramaz yarasalar olub, elə virusları da onların adları ilə adlandırsaq, daha yaxşı olar. Quşların adına gəldikdə isə,qoy hər ölkə yeni ştammlara sevdiyi quşun adını versin. Məsələn, biz onları, ala qarğa, sağsağan, şanapipik, lap elə qaşqaldaq da adlandıra bilərik.  O ştammlara qarşı vaksinləri də quşlara uyğunlaşdırarıq. Məsələn, qaşqaldaq virusuna qarşı şanapipik peyvəndi və s.

 Sonda ÜST-ə məsləhət görərdim ki, asudə vaxtlarında bir öyrənsin görək, bu korona bəlasını yayanları tanıyırmı? Bəşər övladını məhv etmək istəyən caniləri üzə çıxaracaqmı,ifşa edəcəkmi, BMT-də məsələ qaldıracaqmı? Hərf məsələsinə gəldikdə isə, iks,iks, iks!

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN