...Əslində, Bəxtiyar Sadıqovun erası deputat seçilən gündən bitib... Seçki saxtakarlığı ilə deputat etdirilən 72 yaşlı bu adam hələ də jurnalistikamızda özünü görmək istəyir. Bu gün də "Yoğurmadım, yapmadım, Ramiz Mehdiyevdən hazırca kökə tapdım..." düşüncəsi ilə nəfəs alan 72 yaşlı Bəxtiyar Sadıqov Milli Məclisdə yenə də havayı yemək yeri axtarmaqda ikən, Spiker Sahibə Qafarova onun cavabını anındaca verib. Real TV-nin Baş redaktor müavini olan Mahir Məmmədli özünün fb statusunda bu barədə maraqlı status yazıb: "...11 ildir “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsini tutan 72 yaşlı Bəxtiyar Sadıqov vəzifəsi üçün təhlükə hiss edir deyəsən. Milli Məclisdə çıxış edib və deyib ki, qəzet bağlanmaq üzrədir... Sən demə, Bəxtiyar Sadıqov dövlətdən ildə azı 1,5 milyon manatlıq yardım istəyir ki, 65 əməkdaşı olan qəzet bağlanmasın. Amma onun bu istəyinə əməl edilməyib. Milli Məclisin sədri Sahibə Qafarova 72 yaşlı baş redaktorun cavabını verib və deyib ki, dövlətdən pul istəməkdənsə işi zamanın tələblərinə uyğun qursun. Bəxtiyar Sadıqov nəhayət ki, vaxtilə işlədiyi “Kommunist”, “Həyat” qəetlərinin nostaljisindən ayrılmalı, yeni reallıqlara uyğunlaşmalıdır. Təbii ki, dövlət qəzetlərin vəziyyətini nəzərə alır, vaxtaşırı onlara “süni nəfəs” verir. Amma əksəriyyəti potensial təqaüdçüdən ibarət redaksiya heyətini saxlamağı dövlətin üzərinə atmaq da doğru iş deyil...".
Bax belə... 72 yaşlı redaktor və 23 ildir seçicilərinin üzünə çıxmağa üzü olmayan Bəxtiyar Sadıqov ən azı abrına qısılıb çıxıb getməli, jurnalistikamıza yara olmaqdan vaz keçməlidir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN