Ukraynanın əks-hücumu ilə işğal edilmiş əraziləri geri qaytarması Rusiyanı artıq ciddi sual qarşısında qoyub...
Və bu əks-hücum əməliyyatları günbəgün geniş əraziləri əhatə etməsi ilə Rusiya ordusunu çıxılmaz vəziyyətə salıb. İş o yerə atıb ki, Zelenski, hətta bu gedişlə Krımı da geri qaytaracağını bildirib... Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunu genişmiqyaslı adlandırıb, bununla da vəziyyətin kritik olduğunu deyib. Tezadlar.az CNN-ə istinadla qeyd edir ki, Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatının iyunun 4-də başlayıb indiyədək davam etdiyini söyləyən Putin hərbi müxbirlərlə görüşü zamanı bir sıra suallara cavab verməli olub: "... Ukrayna qüvvələri cəbhənin heç bir bölməsində uğur qazana bilməyəcək və Ukrayna əks-hücum zamanı fəlakətli itkilər verəcək.... Ukrayna Qərbin verdiyi hərbi texnikanın 25-30 faizini itirib...".
Putin səfərbərlik məsələsinə də toxunub. O, bildirib ki, Rusiyada hərbi vəziyyət elan etməyə ehtiyac yoxdur.
Putin bir məsələni də etiraf edib vı deyib ki, normal, insani münasibətlər olsaydı, heç kimin Ukrayna ilə münaqişəyə başlaması ağlına belə gəlməzdi... Bu isə o deməkdir ki, bu müharibə Zelenski ilə dil tapmamaq üstündə başlayıb. Bəs niyə onunla dil tapılmayıb və hər iki ölkə ağır faciələrə düçar olub???
A.Məmmədli