...Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələrin jurnalistikamızın peşəkar müstəviyə çıxması istiqamətindəki rolunu və əhəmiyyətini ayrıca şərh etmək istəməzdim...

Çünki fakt göz qabağındadır. Medianın bütün qollarında yeni standartların tətbiqi və milli mətbuatımızın dünya səviyyəsində təmsil olunması, söz sahibi olması, sözünü deyə bilməsi və s. kimi müsbət dəyişikliklərdən çoxumuzun xəbəri var. Bunlar alqışa layiqdir.
 Bu dəfə Medianın İnkişafı Agentliyinin jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsi barədə danışmaq istəyirəm. MEDİA bu gün növbəti müsabiqəsinin elanını yayımlayıb. Bəzi sosial platforma istifadəçilərinin gileyini eşidirəm ki, ənənəvi müsabiqə formasından daha fərqli forma tətbiq etmək olmazmı?

Deyirəm, MEDİA rəhbərliyi gerçəkdən bütün təkliflərə açıqdır və bu sahədə də mümkün şəffaflığın və ədalətliliyin bərqərar olmasına daim çalışır. Müsbət irəliləyişlər var və təqdirəlayiqdir. 

Keçirəm mətləbə: məncə, bu sahədə jurnalistlərin müsabiqədə iştirakının daha şəffaf və düzgün olması, ən vacibi, hər kəsin nəyə qadirliyini olduğu kimi ortaya çıxarmaq üçün belə bir təkliflə çıxış edirəm: MEDİA komandası elan edə bilər ki, filan tarixdə jurnalistlər üçün yazı müsabiqəsi keçirilir və özünə güvənən jurnalistlər noutbukunu, planşetini götürüb filan ünvanda keçirilən müsabiqə zalına gələ bilər. Və bundan sonra 3 saat ərzində jurnalistlərə müxtəlif istiqamətlər üzrə mövzular təqdim edilir, onlar internetlə təmin edilirlər. 3 saat ərzində hər bir jurnalist imzasını qoymadan müvafiq kod altında müsabiqə yazısını yazıb təqdim edir və s. Nəticədə Münsiflər heyəti hazırda olduğundan tam fərqli olaraq yazı müəllifinin hansı mediada çalışdığını bilmədən ədalətli qiymətləndirmə aparır. Beləliklə, kimin nəyə qadir olduğu müəyyənləşdirilir.

Məncə, bu cür yanaşma olarsa, ən doğru və ədalətli, obyektiv seçim olaraq layiqli yazı müəllifini seçmiş olarıq. Kimsədə də şübhə yeri qalmaz, ən vacibi, dedi-qodularla məşğul olub "Mənə az bal verildi, filankəsə güzəşt olundu..." kimi bəhanələrə dı yer qalmaz...

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN