Ukrayna müharibəsində inanılmaz şok yaşanır...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rostova daxil olub və deyib ki, artıq hər şey bitdi, qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Belə ki, Rusiya sərhədçiləri “Vaqnerçi”lərə müqavimət göstərməyib. Priqojin isə deyib: “Baxın, 25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur (Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.
Priqojin bir sirri də açıb, deyib ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".
Bu Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək.
Hazırda isə Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.
Belə çıxır ki, Putin Ukraynadakı müharibəni udmaq üçün yaratdığı muzdlu döyüşçülərin əsirinə çevrilib, indi Rusiyanı bunlardan qorumalıdır.
Rusiya mediası həyəcanlı xəbərlər paylaşır...
A.Məmmədli