Heydər Əliyev adına Neft Emalı Zavodunun əməkdaşları iyunun 22-də etiraz aksiyasını keçirib. 

Zavodda işləyən Dövlət Neft Şirkətinin mühafizə idarəsinin əməkdaşları bildirib ki, idarə SOCAR-ın tabeliyindən çıxarılıb və özəl GESCO adlı şirkətə verilir. Aksiya iştirakçıları qeyd edib ki, etirazlarının səbəbi əmək haqqlarının azalması ehtimalıdır. "Bizi inandırmağa çalışırlar ki, siz razılıq verin, sizin bütün indiki şəraitiniz, maaşınız qüvvədə qalacaq. Amma biz inanmırıq".

Onların sözlərinə görə, özəl şirkətinin tabeliyinə 700 nəfər keçirilir və aylıq əmək haqqı 400 manat nəzərdə tutulub. "Prezident sərəncamı ilə yaradılmış müəssisəni dağıtmaq istəyirlər. Biz səbəbini bilmək istəyirik. Nəyə görə Prezidentin sərəncamı ilə yaradılan idarəni özəlləşdirirlər?".

Aksiya iştirakçıları "Biz GESCO-nu istəmirik" şuarını səsləndirib. GESCO şirkətinin nümayəndəsi isə bildirib ki, işçilərə bütün əməkdaşların hüquqlarının hamısını saxlanılacağı barədə məlumat verilib. "Əmək haqqıları da, sosial sığortaları da saxlanılacaq". 

Aksiya insidentsiz başa çatıb.  Məsələ ilə bağlı SOCAR-dan münasibət öyrənmək mümkün olmayıb.  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN