"Ekstradisiya ilə bağlı, Ukrayna hökumətindən bizə heç bir sorğu olmayıb. Biz bunu təsdiq edirik".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstanda 40-a yaxın Ukrayna vətəndaşı cəza çəkir, o cümlədən Mixeil Saakaşvili. Nazir bildirib ki, Saakaşvilinin sağlamlıq vəziyyəti televiziyadakı görüntüləri ilə yox, həkimləri tərəfindən aparılan müayinələrlə qiymətləndirilir. Əlavə edib ki, Mixeil Saakaşvili həkimlərin tövsiyələrinə əməl etmir və özünə zərər verməklə məşğuldur. Rati Breqadze sağlamlıq vəziyyəti imkan verdiyi zaman Saakaşvilinin müalicə aldığı klinikadan həbsxanaya qaytarılacağını deyib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN