Xəbər verildiyi kimi, Prezident yanında Ali Attestasiya Komissiyası prokurorluq tərəfindən məsuliyyətə cəlb edilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyevlə bağlı açıqlama yaymışdır...

Lakin bəzi KİV-lərdə onu AAK əməkdaşı kimi təqdim edirlər... "Təzadlar" bu məsələni AAK rəsmiləri ilə araşdıraraq problemə aydınlıq gətirmişdir. Məlum olur ki, Ş.Əliyev Ali Attestasiya Komissiyasının əməkdaşı deyil. Bununla belə, komissiyadan bildirildi ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu gün yayımlanmış rəsmi məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyilmiş və o, hazırda Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır. Ş.Əıiyev Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib. Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcəkdir.

Qısası, o, ictimai əsaslarla AAK-dakı çoxsaylı ekspert şuralarından birinin-iqtisad elmləri üzrə şuranın elmi katibidir, Prezident yanında Ali Attestasiya Komissiyasının yox...

"Təzadlar"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN