Bu gün - iyulun 13-də, saat 11.00-da Atatürk Mərkəzində professor Vaqif Abdullayevin Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 54 illiyinə və Ümummilli liderin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən “Milli dövlətçiliyimizin simvolu” adlı yeni kitabının təqdimat olacaq.

V.Abdullayev yeni kitabı ilə bağlı əməkaşımıza bunları bildirib: "Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın tarixi taleyində müstəsna əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdışını dərin sütunudur. Həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyinin möhkəm təməllləri qoyulmuş, güclü siyasi sabitlik və iqtisadi inkişafın uzaqgörən bünövrəsi atılmışdır. Müasir Azərbaycanın bu günkü inkişafı, dünya birliyində öz layiqli yerini tutması da məhz 54 il əvvəl dünya şöhrətli siyasi xadimin rəhbərliyə gəlişi və müdrik fəaliyyətinin nəticəsində mümkün olmuşdur.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin əziz xatirəsi həmişə uca tutulur və minnətdarlıqla anılır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Hər bir azərbaycanı bu yubiley günlərində Ulu öndərə olan vətəndaşlıq borcunu ödəməyə çalışır.

Heydər Əliyevə dərin sədaqətimi ifadə etmək və üzərimə düşən vəzifəni yerinə yetirmək üçün “Milli dövlətçiliyimizin simvolu” adlı yeni kitabımı nəşr etdirmişəm. Qeyd edim ki, “Milli dövlətçiliyimizin simvolu” kitabım Gürcüstanda gürcü dilində nəşr olunub və Tbilisi şəhərində Ulu öndərimizin anadan olmasının 100 illik yubileyi ərəfəsində geniş təqdimatı keçirilib.

Kitabın həm gürcü, həm azərbaycan dilində nəşr edilməsini Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Ümummilli Liderə olan mənəvi borcumun, onun əvəzolunmaz xidmətləri qarşısında olan töhfəm hesab edirəm".

İnanırıq ki, “Milli dövlətçiliyimizin simvolu” ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı keçirilən silsilə tədbirlərin bir hissəsi kimi ictimaiyyətdə maraq və rəğbətlə qarşılanacaq, Heydər Əliyevin dövlətçilik irsinin öyərənilməzi baxımından zəngin elmi-siyasi mənbəyə çevriləcək. 

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN