"Rusiya- Ukrayna müharibəsi... gözlənilmədən dayandırıla bilər!"  Bu sözləri "Təzadlar"a tanınmış politoloq Adil Minbaşı söylədi...

Adil Minbaşının ötən zamanlarda dünyada baş verən qlobal və qarışıq, mürəkkəb siyasi-hərbi məsələlərə dair verdiyi proqnozlar həmişə özünü doğruldub. Elə bu dəfəki söhbətimiz də, necə deyərlər, dünyanı qarışdırmış Rusiya-Ukrayna müharibəsi ilə bağlı oldu:

-Adil müəllim, dünyanı məşğul və narahat edən Rusiya-Ukrayna müharibəsini doğrudanmı dayandırmaq, yaxud birdəfəlik dondurmaq mümkün deyil?

-Məsələ belədir: RusiyanınXüsusi Hərbi Əməliyyat“ adlandırdığı, faktiki olaraq Ukraynaya qarşı geniş maştablı işğalçı müharibəsi hamının güman etdiyi kimi qısa zaman içərisində tamamlanmadı. “Dünyanın ikinci güclü ordusu”na qarşı Ukraynanın cəsarətli müqaviməti və beynəlxalq səviyyədə göstərilən hərbi-iqtisadi yardım nəticəsində hazırda döyüş meydanında nisbi bərabərlik- “pat” vəziyyəti yaranıb. Artıq bu bərabərliyin kimin xeyrinə dəyişəcəyi döyüşən tərəflərdən daha çox  “üçüncü güclər” dən kimin-kimə yardım edəcəyindən asılı qalıb. Müharibənin taleyini istədiyi vaxt həll etmək iqtidarında olan Cin isə hələ də neytrallığını saxlayır... gözləyir!   Kimsə Cinin rolunun şişirdilməsi ilə razılaşmaya, onu mübahisələndirə bilər- necə olur ki, dünyanın ən böyük və ən güclü hərbi alyansı olan NATO, dünyaya hegemonluq edən ABŞ kimi nəhəng dövlət, Ukraynanın qələbəsini özlərinin gələcək təhlükəsizliyi kimi qiymətləndirən Avropa birliyi müharibənin kimin xeyrinə həll olunmasına təsir edə bilmir, tək bir dövlət- Cin müharibənin taleyini istədiyi kimi həll etmək qüdrətindədir?! Bu maraqlı və təbii ki, cavabı çətin sualdır. Bunu  şahmat oyunundakı kimi  yaranmış “sunqsvanq” vəziyyəti diktə edir...

-Bir az ətraflı izah etmək mümkündürmü?

- Məsələ ondadır ki, adlarını çəkdiyimiz ABÇ, NATO və AB artıq Ukrayna ilə eyni tərfdirlər və onların  imkan daxilində  maksimum köməkliyi bu tarazlığın yaranmasına kifayət edir. Bundan o yana onların  nəzəri olaraq iki seçimi qalır:

   1.Rusiyaya qarşı  Ukrayna ilə birlikdə rəcmi müharibəyə qoşulmaq – bu Üçüncü Dünya Müharibəsi deməkdirdoğura biləcəyi dəhşətli nəticələrə görə ona yol vermək olmaz!

2. Bütün yardımları dayandırmaq-  Ukraynanın məğlubiyyəti ilə müharibəni bitirmək, bu da onların beynəlxalq imicinin itirilməsi, dolaysı ilə ABŞ hegemonluğunun və NATO hərbi gücünün dağılmasının başlanıcığı demək olardı- buna da getmək istəmirlər!

a8c18f20-1a02-491b-bb12-0be0e33b1f1e

Çİn üçün isə problemi istənilən istiqaməətdə həlli etmək heç bir gərginlik yaratmır. Belə ki, Rusiyanın qat-qat artıq canlı qüvvəsi və böyük hərb maşını var. Onun yeganə çatışmayan tərəfi hərbi sursat və xüsusilə müasir hərbi texnikadır. Çində isə bunlar tələb və ehtiyacdan  artıqdır. Çin hərbi yardımı Rusiyaya etsə Ukraynanın məğlubiyyəti qaçılmazdır, Ukraynaya etsə isə Rusiya məğlubiyyətinin qaçılmaz olduğunu görüb şərəfsiz sülhü də qəbul etməli olsa belə, müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Dünyanın dəngəsini dəyişə biləcək məqamda Çin bu imkandan hələki istifadə etmir və susub gözləyir, niyə?!

- Bəs Çin Rusiyanın qələbəsini istəyirmi?

-Xeyir! Bəs Çin Rusiyanın məğlubiyyətini İstəyirmi? Burada hər iki cavab keçərlidir.  Məğlubiyyətini istəyir ona görə ki,  bu Rusiya üçün Birinci Dünya Müharibəsində yaranmış vəziyyətin təkrarı olacaq. Bu Putinin rüsvayçı bir məğlubiyyəti kimi hakimiyyət çevrilişi, daxili  çalxalanma və Rusiyanın parçalanması ilə nəticələnəcək. Bu Çinin Rusiyaya qarşı  olan tarixi  torpaq iddialarını (Den Siyapinin hesablamalarına görə 1.5 milyon kv.km) öz xeyrinə  həll etmək üçün ən arzuolunan imkandır. Çin həm də Rusiyanın məğlubiyyətini istəmir, ona görə ki, Rusiya güc olaraq ortadan qalxdıqda  Dünya Hegemonluğunu  qorumaqda iddialı olan və güclənəcək ABŞ-la meydanda tək qalacaq. Çin isə  bu ağır qarşıdurmaya hələ tam hazır deyil, Cinə vaxt lazımdır... Vaxt Çinin xeyrinə işləyir!

-Bəs Amerika Birləşmiş Ştatlarının necə?

-Rusiya- Ukrayna müharibəsinin baş verməsinin səbəblərini araşdıran siyasətcilərin irəli sürdüyü  müxtəlif versiyalardan biri olaraq- faktlara görə daha inandırıcı görünən versiya kimi gizli danışıqlarda  NATO-nun genişləndiriləcəyi qarşılığında qüzəşt vəd edib Rusiyanı bu işğala şirnikləndirən ABŞ- a Rusiyanın məğlubiyyəti lazımdırmı? – Xeyir! 1989-cu ildə Almaniyanın birləşdirilməsi və Varşava Birliyi hərbi alyansın buraxılması qarşılığında ABŞ M.Qorbaçova da vəd verilmişdi ki, NATO  şərqə doğru  bir addim da genişləndirilməyəcək...!  İndi də ABŞ-in Putinə nə vəd edib etməməsi, bunun arxasında hansı niyyətin dayandığı başqa mövzudur və bunu gələcək göstərəcək. Hələlik isə ABŞ məqsədinin birinci hissəsinə nail olub- rəqiblərdən biri kimi Rusiyanın hərbi və iqtisadi gücü sarsılıb, müharibənin nəticəsindən asılı olmayaraq ona qarşı tətbiq olunan sanksiyalar  uzun müddət davam edəcək və Rusiyanın yenidən ayağa qalxması üçün  uzun zaman lazımdır. Məncə  planlaşdırılmış, ancaq yazılmamış ssenariyə görə sonrakı addımlarda bu dirçəlişə də imkan verilməyəcək. Hələlik isə Rusiyanın tam məğlubiyyəti yuxarıda qeyd olunan ssenari üzrə Rusiyanın parcalanmasına, bu isə ABŞ və Avropanı bürüyəcək milyonlarla siyasi qaçqinlar, nüvəbaşlıqlı raketlər də daxil, hərbi silah və sursatların talanması, terrorçular da daxil nəzarətsiz güclərin  əlinə kecməsi təhlükəsini reallaşdırır. Bu prosesi ABŞ gələcəkdə planlı və nizamlı şəkildə həll etməyi planlaşdırir. Hələlik isə Rusiyanın şərəfsiz məğlubiyyəti ABŞ-a lazım deyil.  Sadalanan tərəflərdən Rusiyanın məğlubiyyətini istəyən yalnız Avropa Birliyidir ki, o sadəcə müharibənin uzanmasından qorxur, lakin nə onların, nə də NATO-nun istəyi nəticəni dəyişmir. Çünki “musiqini sifariş edən” və soz sahibi ABŞ-dır! Çinin də, ABŞ-ın da Rusiyada hakimiyyətin devrilməsi ilə nəticələnəcək şərəfsiz  məğlubiyyəti istəmədiyi halda vəziyyətdən yeganə bir çıxış yolu qalır- Ukraynanı cüzi də olsa ərazi (Krım) güzəştinə razılaşdırmaq.

21629f2d-7006-4494-bb68-e57d18c2b934Əlbətdə, Putinin xalq qarşısında nüfuzunu  “malalamaq ücün” bu güzəştlər sirasına Ukraynada yaşayan ruslarin dilinin, hüquqlarının qorunması  kimi “köc bəzəyi”, uzaqbaşı Ukraynanın bloklara, NATO ya qoşulmayan bitərəf dövlət kimi qalacağı şərtləri daxil ediləcək. Bu da Putinin hakimiyyətini (müəyyən vaxta qədər) qoruması üçün kifayət edəcək. İndi bütün dövlətlər bu ssenarini reallaşdırmaq üzərində baş sındırır.  Problem isə Ukraynanı buna razılaşdırmaqdir. Onlarca şəhərləri viran qoyulmuş, iqtisadiyyatı dağıdıllmış, onminlərlə insan itirmiş Ukraynanın bu  işğalçı müharibənin nəticələri ilə barışması həqiqətən də haqsızlıq və ədalətsizlikdir. Amma Beynəlxalq hüquq və qanunların "öldüyü"  bir vaxtda ədalət axtarmaq da mənasızdır. Mexanizm artıq işə düşüb... Ukraynanı bu ağır şərtə razılaşdırmaq üçün ilk növbətə müttəfiqlər: yardım imkanları tükənir”,  qarşıdan prezident seçkiləri (ABŞ da) gəlir və müxalif güclər yardıma qarşıdır”, “Şimali Koreya Rusiyaya hərbi yardım edəcək”, “Cin Rusiya ilə münasibətləri pozmaq istəmir" kimi dolayı eyhamlarla rəsmi Kiyevi Rusiya qarşısında tək qalacağı ilə qorxuzacaqlar. Sonra isə Ukraynanın mənafeyini və Zelenskinin də nüfuzunu qoruyacaq real təkliflər irəli sürüləcək.  Rusiya  Krım istisna olmaqla digər işğal etdiyi ərazilərin özünə birləşdirilməsindən imtina edəcək , Ukraynanı NATO ya qəbul etməmək qarşılığında onun təhlükəsizliyinə zəmanət veriləcək...  NATO-nun Vilnüs sammitində Ukraynanın üzvlüyə qəbul olunması üçün konkret vaxt qoyulmaması və abstrakt şərtlərin saxlanması məhz bu dediyim proyektin reallaşdırılmasına hesablanmışdır...
-Beləliklə, Ukraynanı yaxın zamanda nə gözləyir, daha doğrusu, müharibə dayanacaqmı? 

-Avqustun 5-6-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukraynanın və 30 -dan artıq  böyük dövlətləin toplantısı bu məqsədlə təşkil olunub. Bundan əvvəl isə Ukraynanın “könlünü almaq” və veriləcək vədlərin etibarlığına onu inandırmaq üçün ABŞ -da Ukraynanın Təhlükəsizliyi məsələsi müzakirə olunur. NATO üzvlüyünə qəbul edilməsə də G-7 dövlətlərinin Vilnüs sammitində verdiyi öhtəliklər tam səviyyədə rəsmiləşdiriləcək. Məhz bundan sonra ABŞ və Ukrayna nümayəndələri birbaşa Səudiyyəyə gələcəklər. Rusiya tədbirə dəvət olunmayib, beynəlxalq birliyin iradəsinə qarşı çıxa bilməyəcəyindən tədbirin baş tutmaması arzusundadır və bu məqsadlə bəzi dövlətlərlə tədbirdə iştrak etməmələri üçün danışıqlar aparır.. Hələlik Meksika prezidenti Rusiyanın tərəf olaraq dəvət edilməməsini bəhanə edərək tədbirə gəlməyəcəyini bildirib. Lakin Meksikanın və daha bir-neçə dövlətin gəlib-gəlməməsi vəziyyəti dəyişdirmir. Rusiya daha çox  həlledici söz sahibi olan Çinin tədbirə gəlməyəcəyinə ümid bəsləyir. Lakin Çin artıq tədbirdə iştrak edəcəyini bildirib. Rusiyanın vəziyyətlə razılaşmamaq “lyuks”u yoxdur.  Tək bir amil-  ağır vəziyyətdə olmasına rəğmən Ukraynanın şərtləri qəbul etməməsi vəziyyəti dəyişdirə bilər... Bu baş verərsə hamını maraqlandıran bir sual ortaya çıxır: Ukrayna müttəfiqlərin iradəsinin əleyhinə çıxsa nə baş verəcək, müttəfiqləri onu tək və köməksiz buraxacaqmı?!... Mənim qənaətimcə, yuxarıda qısa qeyd etdiyim və etmədiyim səbəblərə görə  müharibə uzansa belə, müttəfiqləri sona qədər Ukraynaya yardım etməyə “məhkumdurlar”... Əks halda itirəcəkləri daha çox şey var!

-Olduqca maraqlı və inanılmaz proqnozlu müsahibəyə görə təşəkkür edirəm.

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN