İsmayıllı rayonunun İstisu kənd sakinləri «Təzadlar»a göndərdikləri şikayət ərizəsində olduqca maraqlı bir məsələyə toxunurlar.

Söhbət İsmayıllıda daxili turizmin yerində saymasının baiskar problemlərindən və İcra başçısı Nahid Bağırovun qaldırılan problemlərə sayğısızlığından bəhs edilir…

Aşağıda həmin müraciəti təqdim edirik:

"-Çox hörmətli cənab Prezident!

Bu müraciəti imza edənlər İsmayıllı rayonunun İstisu kənd sakinləridir. İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən, 4 tərəfi dağ çayı və meşələr olan səfalı kənddir. Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur, indiyə kimi bu kəndə yol çəkilməyib. Bəlkə də Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın. Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə, hətta piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. İcra başçısı Nahid Bağırov isə Sizin sərəncamınızla rayona başçı təyin ediləndən bir dəfə də olsun bu kəndə gəlməyib ki, halımızdan xəbərdar olsun. Kəndin 1500 dən çox əhalisi, 400-ə yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. İcra başçısının bunlardan da xəbəri yoxdur, çünki müraciətimizə baxılmır. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.

Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkə də təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndin 4 tərəfi meşəli dağlardır, çay axır, yayda havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə turistlər axın edəcək. Bildiyimiz qədər İsmayıllının icra başçısının əvvəlki iş yeri elə turizm sektoru olub. Bəs niyə bu sahəyə diqqət göstərmir? Bu barədə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova dəfələrlə müraciətlər etmişik, ancaq hələ də heç bir tədbir görülməyib. 

Cənab Prezident, məhz Sizin diqqət və qayğınız  nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib, insanların rahatlığı təmin olunub. Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.

Mətbuat vasitəsi ilə, cənab Prezident, Sizə müraciət edərək xahiş edirik, bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə, digər problemlərin həllinə tapşırıq verəsiniz.

Hörmətlə: İsmayıllı rayonunun İstisu kənd sakinləri: 

Babayev Mobil İsmayıl oğlu, Şükürov Vicad Arif oğlu, Zülfüqarov Rasim Seyfəd oğlu, Süleymanov Şakir Şahverən oğlu, Feyzullayev Firudin Məhəmməd oğlu, Səfərov Famil Məhəmməd oğlu, Əzizov Həbib Nəsurulla oğlu, Babayev Kazım Niftalı oğlu, Babayev Adil İsmayıl oğlu, Mahmudov Fərrux Feyruz oğlu, Babayev Ramiz Nazim oğlu, Rəhimov Vüqar Nizami oğlu, Musayev Xasay Xıdır oğlu, Babayev Rafik Niftalı oğlu, Əzizov Sərxan Nəsrulla oğlu, Babayev Təbriz Rafik oğlu».

Redaksiyadan: qeyd olunan şikayət cənab Prezidentin tvitter səhifəsinə və digər dövlət qurumlarının elektron ünvanlarına göndərildi. Əlavə məlumat veriləcək.

«Təzadlar» 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN