Bu gün Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir. "Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - məlumatda bildirilir. Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.

Gərginlik isə hələ də qalmaqdadır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN