"...Putinin Priqojini öldürməsi o deməkdir ki, tezliklə Rusiya vətəndaş müharibəsinin açıq mərhələsinə qədəm qoyacaq”
Tezadlar.az xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili “Vaqner" hərbi təşkilatının rəhbəri Priqojinin ölümünə münasibət bildirərkən deyib. O bildirib ki, Putinin bu kimi addımları onun sonunu gətirəcək: "Putinin Priqojini öldürməsi o deməkdir ki, çox yaxında Rusiya vətəndaş müharibəsinin açıq mərhələsinə qədəm qoyacaq. Bu, qarşıdakı həftələrin və ayların hekayəsidir. Putin Priqojini öldürməsəydi, rusların fikrincə, yaxın həftələrdə Putinin işi bitəcəkdi. Bu qətllə Putin öz varlığını bir az da uzadıb, lakin yaxın zamanda təkcə Putinin deyil, həm də Rusiya dövlətinin sonu çatacaq – deyə Mixeil Saakaşvili vurğulayıb.
Məlumat üçün bildirək ki, avqustun 23-də Rusiyanın Tver şəhərində Yevqeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Tyyarənin göyərtəsində olan 9 nəfərlə birlikdə Priqojin də həyatını itirib.