Bu gün 28 avqust 2023-cü il tarixdə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Tezadlar.az xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 150-dən artıq şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər. Onlardan 100 yaşlı Lesmonya Arstamyan adlı qadının isə nəvəsi ilə ayrıca keçidinə şərait yaradılıb. Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Güman edilir ki, bu insanlar Araik tərəfindən aldadılıb Qarabağa gətirilmişlərdir və belə davam etsə, Araik və separatçılar Xankəndidə tək qalacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA