Prezident İlham Əliyev Laçında olduqca maraqlı açıqlamalar verib...

"İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər",- deyən Prezident Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə bildirib ki, azad olunan torpaqlar əzəli Azərbaycan torpağı olub: "Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi".

 İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinin Azərbaycanın gücünün göstərişi olduğunu bildirib: "Bu gün Laçın şəhəri, görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır. Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq".

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN