Dünən axşam  Azərbaycan və Fransa prezidentləri arasında telefon danışığı zamanı Ağdam-Xankəndi və Laçın-Xankindi yolunun açılması məsələləri müzakirə olunub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev bildirib ki, Ermənistan tərəfi Ağdam-Xankiyəndi yolundan istifadəni əngəlləyir. Onun sözlərinə görə, Ermənistan tərəfi Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasına dair ilkin razılaşmadan imtina edib. Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağın erməni əhalisinin nümayəndələrini Bakıya və ölkənin digər şəhərlərinə dəvət etsə də, onlar bundan imtina ediblər. İ.Əliyev daha sonra qeyd edib ki, Ağdam-Xankəndi yolu açılarsa, Azərbaycanın gömrük və sərhəd rejiminə uyğun olaraq Laçın-Xankindi yolu da açıla bilər.

Tezadlar.az xatırladır ki, dünən Makron Ermənistanın baş naziri Paşinyana da zəng vurub və onlar “Azərbaycanın qanunsuz olaraq blokladığı” Laçın dəhlizinin məsələsini müzakirə ediblər. Göründüyü kimi, Əliyevlə söhbətdə Makron yolu açmaq üçün Bakıya təzyiq göstərməyə çalışıb... Lakin rəsmi Bakının bu təzyiqlərə tab gətirmə imkanları böyükdür. Ən vacibi, Qarabağ Azərbaycan ərazisidir və ora da giriş-çıxış da Azərbaycan qanunları ilə ola bilər. Fransa icazə verərmi ki, onun ərazisinə PKK-çılar, Əfqan mücahidləri və ya Türkiyə silahlıları sərbəst daxil olsun?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN