"Prezident Konstitusiya qarşısında and içib, lakin onu kobud şəkildə pozur. Bu çox ciddi hadisədir və biz buna reaksiya verməsək, olmaz".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildiririk ki, bu sözləri hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze Salome Zurabişvilinin Avropaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Gürcüstan parlament respublikadır, ölkənin daxili və xarici siyasətini yalnız Gürcüstan hökuməti həyata keçirir, prezident icraedici hakimiyyəti təmsil etmədiyinə görə xarici siyasətin həyata keçirilməsi prosesində iştirak edə bilməz: "Gürcüstan Konstitusiyasında qeyd olunur ki, prezidentin yalnız hökumətin razılığı ilə ölkəni xaricdə təmsil etmək və beynəlxalq danışıqlarda iştirak etmək səlahiyyəti var. Aydındır ki, konkret halda Konstitusiya Gürcüstan prezidenti tərəfindən çox kobud şəkildə pozulub, o, Kosntitutsiya qarşısında and içib. Bu çox ciddi hadisədir və biz buna reaksiya verməsək, olmaz".
 İmpiçment məsələsinin mümkün olub-olmamasına gəlincə, Kobaxidze deyib ki, bunun üçün Parlamentdə 100 deputatın səsinə ehtiyac var: “Mən bu mövzuya çox da əhəmiyyət verməzdim, biz artıq bilirik ki, Salome Zurabişvili ölkənin Avrointeqrasiya istəyinə qarşı çıxır. Onun Gürcüstan parlamentinin binasında və ya xarici səfəri zamanı avrointeqrasiya əleyhinə bəyanatlar verməsinin fərqi yoxdur. Bu məlumatlar artıq beynəlxalq tərəfdaşlarımıza da gedib çatır. Xatırlayırsınız ki, o, Gürcüstan parlamentinin binasından birbaşa bizim Avropa perspektivimizə qarşı çıxdı, xüsusən də Gürcüstanın keçən il namizəd statusuna layiq olmadığını bildirərək. Görünən odur ki, Gürcüstan prezidenti bizim Avropa perspektivimizlə birbaşa ziddiyyət təşkil edir. Salome Zurabişvili kollektiv “Milli hərəkat”a ümid edir. Bu təminat olmasaydı, o, Konstitusiyanı kobud şəkildə pozmazdı. Salome Zurabişvili "sahiblərindən" zəmanət alıb. Salome Zurabişvili və “Milli Hərəkat”ın ümumi himayədarları var və Zurabişvili onlardan zəmanət alıb, əks halda riskə gedib konstitusiyanı bu qədər açıq-aşkar pozmazdı. İctimaiyyət yəqin ki, kimləri nəzərdə tutduğumuzdan az-çox xəbərdardır”, - deyə Kobaxidze əlavə edib.
Məlumat üçün bildirək ki, hökumət administrasiyası prezident Salome Zurabişvilinin xaricə səfəri məsələsi ilə bağlı bəyanat yayıb və Salome Zurabişvilinin Almaniya, eləcə də digər 9 ölkəyə səfərinə rəsmi icazə vermədiklərini bəyan edib, lakin buna baxmayaraq Salome Zurabişvili bu gün Almaniyaya səfər edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN