“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”.

Tezadlar.az BCC-yə istinadla xatırladır ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir: “Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”. Xanım Y.Zelenskaya əlavə edib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb: “...Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək, mövcud şəraitə uyğunlaşmaq lazımdır... Bizim bir-birimizi görmək imkanımız var, lakin istədiyimiz qədər yox. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etmək istəyir, planları var. Amma indi arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, məni narahat edir. Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Onun gücünə hazırda hamımızın ehtiyacı var. Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır. Və bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma bunun nə vaxt olacağını bilmirik”.

Ukrayna Prezidentinin xanımının və uşaqlarının hazırda harada qaldıqları məxfi saxlanılır...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN