Rasim Musabəyovun nəzərinə! Bax gör Moskvanın qarşısında kişilər özün necə aparır...

 Məktub M.C. Bağırovun  həyat və fəaliyyətini araşdıran yorulmaz araşdırmaçımız  Adıgözəl Məmmədovun "M.C. Bağırov Siyasi Portret" kitabından götürülmüşdür. “Moskva, Kreml, Anastas Mikoyana!

Çox şadam ki, mənim Azərbaycan K(b)P-nın sonuncu XVII qurultayındakı hesabat məruzəmi və yekun nitqimi oxumusan.

Amma heyrətə gəlirəm ki, Sovet Azərbaycanında yaşayan, uzun müddət maskalanmış və gizlənmiş xarici kəşfiyyatların agentləri arasında son vaxtlar müəyyən canlanma hiss olunmaqdadır. Müharibədən sonra biz sovet hakimiyyətinin xeyli sayda barışmaz düşmənlərini üzə çıxarmış və ifşa etmişik. Amma Sovet Azərbaycanının hüdudlarından kənarda olan düşmənlərimizə qarşı özümüz mübarizə apara bilmədiyimizə görə, bu barədə qurultayda danışmağa, həm də kömək üçün yoldaş Stalinə müraciət etməyə məcburam.

Xaricdəki daşnakların antisovet fəaliyyətlərinin mərkəzində onların Sovet Ermənistanının ərazisini ilk növbədə Sovet Azərbaycanının və Sovet Gürcüstanının hesabına genişləndirmək “tələbləri” dayanır. Onların bu “tələblərinin” illüstrasiyası kimi sənə aşağıdakı sənədləri göndərirəm: daşnakların 1947-ci il iyun tarixli on dördüncü Konqresinin “Daşnaksütun” partiyasının siyasi platforması haqqında direktivi; “Bizim siyasi vəziyyətimiz və qarşıda duran vəzifələr” (1948-ci il fevralın 18-19-da Tehran şəhərində nəşr olunan ermənilərin “Alik” qəzetində çıxmış məqalənin tərcüməsi); “Mühacirət və biz” (1948-ci il aprelin 14-də Tehrandakı erməni “Alik” qəzetində çıxmış məqalənin tərcüməsi); “Naxçıvanın və Ermənistanın əhəmiyyəti” (1949-cu il yanvarın 25-26-da Tehrandakı erməni “Alik” qəzetinin 190-191-ci saylarında çıxmış təxribatçı məqalənin tərcüməsi); Daşnak təşkilatının lideri Vapyanın “Alik” qəzetinin 1949-cu il 25-27 yanvar nömrələrində çap olunmuş məqaləsi barədə arayış.

Aydındır ki, daşnakların “tələbləri” onların öz “tələbləri” olmayıb, çox güman ki, hazırda əsl sahiblərinin – amerikalıların “tələbləridir”. Sahibləri daşnakları məcbur edirlər ki, öz konqreslərinin qərarları, “tələbləri” barədə qəzetlərə yazsınlar, eyni zamanda da əməli iş görmək üçün repatriant qismində özlərinin xüsusi agentlərini göndərirlər.

Əlavə edilmiş növbəti sənəddən görəcəksən ki, amerikalılar hələ daşnak və müsavat “hökumətlərinin” mövcud olduğu 1919-cu ildə Şərur-Dərələyəz və Naxçıvanda amerikalı general-qubernatorun başçılığı altında Amerikan general-qubernatorluğu yaratmaq istəyiblər. İndi isə amerikalılar istənilən yollarla Zaqafqaziyaya soxulmağa çalışırlar. Bunun kifayət qədər tutarlı təsdiqi Amerikadan gəlmiş və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş repatriant, Avetik İsaakyanın yaxın tanışı və dostu Suvaryan barədə təqdim olunan arayışdır. Bütün bu məsələlərlə yanaşı Sovet Azərbaycanı amerikalıları başqa tərəfdən də maraqlandırır. Yəni, amerikalıları Sovet Azərbaycanının İran Azərbaycanına güclü təsiri ciddi narahat edir. Bu səbəbdən bütün İranın sonuncu zəhmətkeşinin timsalında özünün real dayağını görür. Bu məsələ ilə bağlı diqqətinizə təqdim olunan, 1949-cu il fevralın 3-də “Mardom” (İran Xalq Partiyasının mərkəzi orqanı) qəzetində dərc olunmuş “Azərbaycan – xalqımızın mübarizəsinin ön barrikadasıdır” məqaləsi səciyyəvi sayıla bilər. Sənə məlum olduğu kimi, fevralın 4-də İran Xalq Partiyasının, onun mətbu orqanlarının, o cümlədən, “Mardom” qəzetinin dağıdılması prosesi başlandı.

Amerikalıların və onların nökərlərinin – daşnakların, müsavatçıların, xaricdəki digər ağqvardiyaçıların elədiklərini başa düşmək olar, amma çox qəribədir ki, son illər bizim Sovet İttifaqında şübhəli müəlliflərin elə oçerkləri, romanları və məqalələri işıq üzü görür ki, həmin əsərlər mahiyyət etibarı ilə bu və ya digər dərəcədə daşnakların istəkləri ilə səsləşərək, Sovet Azərbaycanına, Azərbaycan xalqına böhtanlar atılır. Faktlar çoxdur, amma mən sənə yalnız ikisini göndərirəm. M.Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı və Q.Xolopovun “Buxtadakı işıqlar” romanı haqqında həqiqətləri. Yuxarıda deyilənlərə onu da əlavə etmək lazımdır ki, Stepan Şaumyanın oğullarının son davranışları tamamilə yolverilməzdir. Levon Şaumyanın “Literaturnaya qazeta”da və “Oqonyok” jurnalındakı çıxışları kifayət qədər şübhəlidir. Hələ biz onun Meşədi Əzizbəyovun ünvanına söylədiyi şəxsi fikirlərini demirik. Azərbaycan K(b)P MK-nın xəbəri olmadan Bakıya təşrif buyuran Sergey Şaumyan isə hansısa Avakyanla görüşüb və onunla atasından kitab yazması ilə bağlı danışıqlar aparıb. Həmin Avakyanın kimliyi barədə təsəvvürün olsun deyə, onun haqqında qısa arayışı göndərirəm. Bilirəm, işin çoxdur, amma imkan tapıb göndərdiyim bütün sənədlərə baxmağın yaxşı olardı. Salamlarla, M.C.Bağırov.

25 mart 1949-cu il".

Əlavə şərhə ehtiyac varmı?"

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN