Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı

Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxladığını və onların bir-biri ilə ünsiyyətində heç bir problem olmadığını bildirib.

"O, mənə ətraflı məktub göndərib. Onunla əlaqə saxlayırıq. Bizim Ermənistanla və baş nazir Paşinyanla heç bir problemimiz yoxdur", - deyə Vladimir Putin bildirib

Qeyd edib ki,  vaxtaşırı humanitar komponent və Rusiya sülhməramlılarının mandatı ilə bağlı suallar yaranır.

 "Düzdür, bəli. Mandat hələ də qüvvədədir, lakin humanitar xarakterli məsələlər... təbii ki, onlar aradan qalxmayıb. Mən bununla tamamilə razıyam", - Rusiya lideri qeyd edib.

Vladimir Putin Ermənistanın ABŞ-la əməkdaşlığından da danışıb və vurğulayıb: “Burada heç bir geriyə dönüş olduğunu düşünmürəm”.

Xatırladaq ki, Ermənistan və Amerika Birləşmiş Ştatları sentyabrın 11-dən birgə hərbi təlimlərə başlayıb. Hərbi təlimlər sentyabrın 20 tarixinədək davam edəcək.

Kremlin sözçüsü Dmitri Peskov isə "təlimlər xüsusilə indiki vəziyyətdə narahatlıq yaradır” demişdi. Bir neçə gün əvvəl isə Ermənistanın baş naziri Paşinyan ölkəsinin təhlükəsizliyinin Rusiyaya etibar ediməsini "strateji səhv" adlandırmışdı... Ümumiyyətlə, son zamanlar Paşinyan verdiyi müsahibələrdə Rusiyanı şantaj etməklə məşqul idi. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN