"Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nə deyə bilərik?".

Tezadlar.az Ria-Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: “Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam. Söhbət təkcə münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb".

 Putin bildirib ki, Praqa bəyanatında Ermənistan bunu kağız üzərində sənədləşdirib: “İndi Əliyev mənə deyir ki, artıq siz bilirsiniz, Ermənistan Qarabağın bizim olduğunu qəbul edib, Qarabağın statusu məsələsi daha mövcud deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, Azərbaycan SSR-in 1991-ci ilə qədər olan bütün ərazisini tanıyıb. Bu olub və bu, bizim qərarımız deyildi. Bu, Ermənistan hakimiyyətinin qərarıdır. Əgər belədirsə, (Azərbaycandan) bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Nə deyək? Əgər Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur".

 Rusiya prezidenti Ermənistana Qarabağla bağlı olunan təkliflərdən də danışıb: "Burda gizlətməli heç nə yoxdur, yaxşı məlumdur ki, biz nizamlanma ilə bağlı öz variantımızı təklif etdik: O vaxt Ermənistan 7 rayona (keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar nəzərdə tutulur) nəzarət edirdi. Biz Ermənistana təklif etdik ki, Bakı ilə razılığa gəlsin, Azərbaycanın iki rayonu - Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı. Biz 10-15 il ərzində Ermənistan rəhbərliyini inandırmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik. Amma sonda hamısı puç oldu. Onlara dedik ki, bəs, nə edəcəksiniz. Cavab verdilər ki, savaşacağıq. Sonda hər şey bügünkü vəziyyətlə nəticələndi", - deyə V. Putin vurğulayıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN