Nəhayət, Rusiya dilə gəldi, Ermənistanı ağıllı olmağa çağırdı. Nəhayət, vəziyyət o həddə gəldi ki, Rusiya çağırış etməli oldu... “Rusiya dəfələrlə Bakı və İrəvana güc tətbiq etməkdən çəkinməyə, gərginliyi azaltmaq üçün istisnasız olaraq siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə belə deyib. O qeyd edib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”. Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub: “Qrup fəaliyyətini bərpa edib. Avqustun 17-də Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib. Biz məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqaz regionunda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail olublar”.

Beləliklə, Ermənistan, nəhayət, sərhədlərini dəqiqləşdirməlidir. O sərhədləri ki, ötən əsrin əvvəlində heç bu da yox idi. Prezident İlham Əliyevin sözləri ilə desək, Ermənistan adlanan bu ölkənin əraziləri vaxtilə Azərbaycana məxsus olub, sərhədlər də Azərbaycanın Zəngəzur torpaqlarından keçib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN