“Taliban” yaraqlıları ölkədə ABŞ və NATO qüvvələri ilə əməkdaşlıq edən əfqanların axtarışlarını gücləndiriblər.
Bu barədə “New York Times” qəzeti BMT-nin məxfi sənədinə istinadən yazıb.
Əfqanıstandakı vəziyyətin ekspert qiymətləndirməsi BMT-nin müxtəlif struktur və agentliklərinə kəşfiyyat məlumatları verən Norveç Qlobal Təhlil Mərkəzi tərəfindən tərtib edilib.
Sənədə əsasən, “Taliban” evləri gəzir və “siyahıya aldıqları şəxslər təslim olmasalar, onları həbs edir və ya ailə üzvlərini həbs edəcəkləri və ya öldürəcəkləri ilə hədələyirlər”. Qeyd olunur ki, bu siyahıya Kabul hava limanında təxliyə olunacaqlarını gözləyənlərin çoxu daxildir.