Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür...

Tezadlar.az bildirir ki,  bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşündə deyib.

Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən C.Bayramov erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal antiterror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir bu xüsusda Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldüyünü qeyd edib.

XXX 

Beləliklə, separatçıların uzun illər mülki erməni əhalini girov kimi saxlayıb onları yalanları ilə tərbiyələndirməsinə artıq son qoyulub. Lakin indi də bu insanların Azərbaycanın qanunları ilə yaşaması və qaynayıb- qarışması zaman alacaq. Azərbaycan əlindən gələni edir ki, bu məzlumların və separatçılar tırəfindən yazıq günə qoyulmuşların ölkənin qanunlarına uyğunlaşması prosesi daha sürətlə aparılsın. Bu isə ilk növbədə Qarabağda yaşamaq istəyən ermənilərin özlərindən asılıdır. Necə deyərlər, buyursunlar: bu Azərbaycan qanunları, bu da ermənilər!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN