Bütün beynəlxalq cəhdlərə baxmayaraq Hazırda Qəzzanın cənub hissəsində döyüşlər davam edir...

Bu barədə Tezadlar.az-a İsrailin “Aviv” telekanalının direktoru, İsraildə dərc edilən “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin bildirib. Onun sözlərinə görə, İsrail ordusu hazırda Qəzza zolağında “HƏMAS” silahlılarına aid olan 1 707 hədəfi vurub. Sitat: "...Ötən axşam da hədəflər həm qurudan, həm də dənizdən atılan raketlər vasitəsilə vurulub. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcər isə məlumat verdi ki, ordu Qəzza sərhədinə nəzarəti bərpa edib. Döyüşlər və HƏMAS-ın əsas dayaq məntəqələri dağıdılmaqdadır. HƏMAS-ın təslim olmaqdan başqa yolu isə yoxdur. Mən Azərbaycan vətəndaşlarına minnətdaram ki, bu ağır günlərdə bizə mənəvi-siyasi dəstək verməkdədir. Bakıda olan çoxsaylı dostlarımdan zənglər alıram, onlar baş verənlərdən narahatdırlar...".

Qeyd edək ki, ötən gün “Həmas” İsrailin Qəzzanı bombalamasına cavab olaraq girovları edam etməklə hədələyib. Onlar bildiriblər ki, mülki evlərin əvvəlcədən xəbərdarlıq edilmədən məqsədyönlü şəkildə vurulması, əsir götürülən mülki İsrail vətəndaşlarının edam edilməsi ilə nəticələnəcək və bu canlı olaraq yayımlanacaq. Əldə olan məlumatlara görə, "Həmas" silahlıları 200-dən artıq İsrail vətəndaşını girov götürüb. Girovlardan bir çoxu festivalda iştirak edilən zaman baş verib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN