“Bu gün tarixi gündür. Biz bunu 30 ildən artıqdır ki, gözləyirdik və hər birimiz bu günün gələcəyinə inanırdıq”.

Tezadlar.az xatırladır ki, bunu dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını  qaldırdıqdan sonra deyib. Sitat: “19-20 sentyabrda antiterror əməliyyatı qaçılmaz idi. Amma biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. 17 il ərzində mən şəxsən çoxsaylı mənasız və nəticəsiz danışıqlarda iştirak etmişəm. Çünki hesab edirdi ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Amma ümidlər tükənirdi. Bu gün tam əminliklə deyə bilərəm ki, ermənilər bir qarış torpağı da bizə qaytarmaq fikrində deyildilər. Bu məsələ ilə məşğul olan vasitəçilər əslində münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədiləşdirmək istəyirdilər”, - Əliyev bildirib.

“Torpaqlarımız işğal olunanda heç bir ölkə bizə dəstək vermədi, mənəvi dəstək olmadı. Bütün böyük dövlətlər Ermənistanı dəstəklədi və bugündə  bu bir daha təkrarlanır”.

Vaxt var idi ki, azərbaycanlılar və ermənilər təkcə Xankəndində deyil, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda və başqa yerlərdə mehriban şəraitdə yaşayırdılar. Qarabağda ermənilər yaxşı yaşayırdılar və heç kim onları incidmirdi. Millətçi hərəkat və separatizm Ermənistandan qaynaqlanırdı. İrəvandan emissarlar gəlib Qarabağın Azərbaycandan ayrılması üçün millətçilik hərəkatı təşkil etdilər. Əliyev separatçı liderlərin oturduğu binaya işarə edərək dedi:

“Bu binada yüksək kreslolarda əyləşənlərin bəziləri hazırda Bakıda həbsdədir. Vaxt var idi bizi hədələyirdilər ki, onların tankları Bakıya girəcək, orada çay içəcəklər. Haqlı çıxdılar və tankları indi Döyüş Trofi Parkındadır, özləri də həbsxanada çay içirlər. Burada özünü “prezident” adlandıran üç kloun otururdu, bizi hədələyir, təhqir edirdilər. İndi onlar Qarabağa müstəqillik verəcəyini vəd edən “dövlət naziri” ilə birlikdə həbsxanada öz aqibətlərini gözləyirlər.

Bu hər kəs üçün dərs olmalıdır. Bu gün Ermənistanda qisas almaq arzusunda olanlar üçün. Qoy nə baş verdiyini xatırlasınlar! Bu gün qaldırdığım bayraq burada əbədi dalğalanacaq, biz həmişə burada yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə İlham Əliyev bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN