"Gürcü arzusunun arzularının sonu gəlib. Mən heç yerə getmirəm, istefa verməyəcəyəm".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili, Konstitusiya Məhkəməsinin çıxardığı qərara münasibət bildirərək xüsusi müraciətində deyib. Sitat: "Heç yerə getmirəm. Mən istefa verməyəcəyəm. Mən bütün həyatım boyu olduğum yerdə dayanacağam, nə üçün gəlmişdimsə, burada qaldımsa, Avropa və demokratik gələcəyimiz üçün küçədə (aksiyalarda) dayandımsa, yenə belə davam edəcəm. Bu gün ölkənin Avropa gələcəyi və demokratiyası bir daşla öldürüldü. Hakimiyyətin qolları (strukturları) arasında balans olmayan ölkə demokratik ölkə sayıla bilməz”.

 Prezident Konstitusiya Məhkəməsinin haqqında qəbul etdiyi qərara təəccüblənmədiyini bildirib: "Bu günkü qərara az da olsa ürəyim ağrıdı, ancaq artıq bu ölkədə heç nəyə təəccüblənmirəm. Məhkəmə elə bir qərar çıxarıb ki, ona imza atan hakimlər utanmalıdır. Mən parlamentə gedəcəm, kiminsə mənə dəstək verməsinə ehtiyac yoxdur. Müxalifətə məsləhət vermək istəyirəm, güclü imic sahibi olmaq istəyirlərsə, çöldə dayansınlar, anti-Avropa impiçmentinə qarşı dayansınlar".

Dünən  ölkənin Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumət tərəfindən Avropaya icazəsiz səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Plenumun 9 hakimindən altısı bu qərarı dəstəkləyib.

Qarşıdurmanın kökü isə bəllidir: Zurabaşvili hökumət üzvlərinin Rusiyapərəst mövqeyini qəbul etmir, hökumət başçıları isə onun Avropapərıstliyini...

RAMİZ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN