Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Elşad Abdullayev Azərbaycana qarşı” işində məsələni araşdıraraq qərarını elan edib. E.Abdullayevlə münasibətlərindən zərər çəkmiş, hazırda Moskvada yaşayan şikayətçi Fuad Rzayev «Təzadlar»a bildirib ki,

məhkəmə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib. Qərara görə, Azərbaycan hökuməti ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir: “Bu işdə ərizəçi Elşad Abdullayev Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub və Parisdə yaşayır. Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxmış və bir daha geri qayıtmamışdı. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, polis araşdırma başlamaqdan imtina etmişdi. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, Bakı Şəhər Prokurorluğu tərəfindən 14 noyabr 2003-cü il tarixdə M.Abdullayevin itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılmışdı. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılmışdı. 6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilmiş və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunmuşdu. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət etmiş, ancaq hər dəfəsində ona sadəcə, istintaqın nəticələri barədə məlumat veriləcəyi bildirilmişdi.
 Ərizəçi iddia edirdi ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırmışdı. Azərbaycandan Fransaya mühacirətə getdikdən sonra, 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş etmiş, prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina etmişdi. Ərizəçi müstəntiqin həmin qərarından məhkəmələrə şikayətlər etsə də onun şikayətləri rədd olunmuşdu. Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi”.

F.Rzayev Elşad Abdullayevlə bağlı Rusiyanın və Azərbaycanın hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər də göndərib, pozulmuş mülkiyyət hüquqlarının bərpasını xahiş edib. O, həmin rəsmi dövlət qurumlarından ona verilən cavabları da redaksiyaya göndərib. Aşağıda təqdim olunur.

«Təzadlar»

elsad-1

elsad-2

elsad-3

elsad-4

 

 elsad-5

elsad-6

elsad-7

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN