Məlum olur ki, 2014-2022-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşənlərin yaxın qohumlarından 10 800 bioloji nümunə götürüb. Onlardan aşkar olunan qalıqların identifikasiyası üçün istifadə olunur.

Bu barədə Qızıl Xaç Komitəsinin nümayəndələri çərşənbə axşamı Bakıda jurnalistlər üçün keçirilən informasiya sessiyasında bildiriblər. Toplanan materiallar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilib. BQXK-nin bazasında 3410 iktin düşmüş Azərbaycan vətəndaşı haqqında məlumatlar yığılıb. Bu statistika 3890 nəfər Azərbaycan vətəndaşının itkin düşmüş hesab olunduğunu bildirən dövlət komissiyasının rəsmi məlumatlarına yaxındır. Qızıl Xaç Komitəsi 2022-ci ildə hökumətə 2020-ci ildə azad olunmuş ərazilərdə 400 məzar yeri haqqında məlumat verib. 23 yer haqqında yüksək dəqiqliklə (GPS koordinatları), 64 yer haqqında orta dəqiqliklə (radius +250 m) və 320 yer haqqında aşağı dəqiqliklə (kəndlərin, dağların və s. adı) məlumat müəyyən edilib. Bu yerlər haqqında məlumat 1990-cı iilərdə BQXK-nin iştirakı ilə qaytarılan 300 azərbaycanlı əsirdən, habelə itkin düşmüş şəxslərin qohumlarından alınıb. 2020-ci il müharibəsindən sonra bir neçə məzar yeri aşkar edilib və hazırda təxminən 400 nəfərin qalıqlarının identifikasiyası üzrə iş həyata keçirilir. 25 nəfərin qalıqları artıq identifikasiya olunub və qohumlarına təhvil verilib. İnformasiya sessiyasında BQXK nümayəndələri Komitənin Qarabağdakı ofisinin BQXK-nin Yerevandakı nümayəndəliyinə tabe olduğu haqqında fikri təkzib ediblər. Qeyd edilib ki, təşkilatın bütün hesabatlarında Xankəndi Azərbaycan ərazisi kimi göstərilir. BQXK-nin Laçın yolundan həyata keçirdiyi yük daşımalarına gəlincə, təşkilatın əməkdaşları yardımın tərəflərin razılığı ilə çatdırıldığını bildiriblər.

30 il ərzində münaqişə zonasında yardım həcminə gəlincə, ən böyük büdcə BQXK-nin Bərdə ofisində olub və bu, tələbatlarla bağlı olub. Münaqişənin ehtiyacı olan qurbanlarına yardımla yanaşı, 1990-cı illərdə BQXK-nin böyük layihələri arasında Azərbaycanın penitensiar sisteminə vərəmlə mübarizədə yardım layihəsi olub. Həmin vaxt Azərbaycan vərəm xəstələrinin sayına görə regionda ilk sırada idi. Lakin 2000-ci illərin əvvəllərində artıq Azərbaycanın göstəricisi regionda ən aşağı göstərici olub. Hazırda BQXK Azərbaycanda münaqişədən əziyyət çəkənlərə sosial, iqtisadi, tibbi, təhsil yardımını davam etdirir. Qızıl Xaç Komitəsi həmçinin əhalinin mina təhlükəsizliyi haqqında maarifləndirilməsinə kömək edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN