İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin sədri, millət vəkili  Azay  Quliyevə sərt ittihamlar səsləndirib... S.Adıgözəlli özünün sosial şəbəkə hesabındakı paylaşımında yazır:
65534e57-f320-4f51-9b3a-b0c41e984932"Bir neçə saat əvvəl bir məsələyə toxunmuşdum. Təsadüfən bu gün QHT Agentliyinin təcili toplanışı ilə keçirilmiş film təqdimatından sonra dediklərimin sübutunu diqqətinizə təqdim edirəm. Bu gün QHT sədrlərinin bəzilərinin şəxsi prodakşn şirkəti var. QHT Agentliyindən həssas mövzularla bağlı qrant alır, bu tərəfdən də öz şirkətinə sifariş edir. Nə isə, Allah bazar versin. Bu gün bir daha əmin oldum ki, QHT Agentliyində nəzarətsizliklə bərabər, qanunsuzluq, özbaşınalıq hökm sürür. Başqa vaxt şəffaflıqdan, qanunların aliliyindən dəm vurulur.
Sual edirəm: əgər bir QHT səfər qrantları istisna olmaqla ildə bir dəfə qrant ala bilirsə, “Obyektiv” İctimai Birliyi necə olub ki, həm kiçik qrantlar müsabiqəsində 10 min, müsabiqədən kənar qrantlar çərçivəsində isə 65 min manat qrant alıb?
Budurmu QHT Agentliyində yeni qrant şəffaflığı?
Səmimi deyirəm, QHT-nin kimliyi ilə, onun çəkdiyi filmin əhəmiyyəti ilə bağlı qətiyyən sualım yoxdur. Məsələ QHT Agentliyinin mütəmadi olaraq cəmiyyətin gözünə soxduğu şəffaflıq, qanunçuluq və s. prinsiplərdən söhbət gedir.
İyunun 6-da QHT-nin bir filminin təqdimatı olur və hamını məcbur yığırlar zala.
Bu gün yenə eyni QHT-nin digər filminin təqdimatı olur, dünən QHT-lərə deyirlər ki təcili gəlin. Fotolar hər şeyi deyir.
Əgər QHT sektorundakı eybəcərlikləri, qanunsuzluqları deməyi dövlətə xəyanət sayırsınızsa, mən əksini deyərdim.
Bu cür qanunsuzluqlar etməklə, bir QHT-yə ildə 2 dəfə qrant verməklə siz dövlətə xəyanət edir, Prezidentin etimadına kölgə salırsınız.
Dostlar siz deyin, qanun hamı üçün eyni deyilmi?".
QHT Agentliyindən hələki bu sərt ittihamlara cavab verilməyib...
Elçin Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN