İrəvan dövlət tərəfindən qorunacaq Azərbaycan abidələrinin reyestrini yaratmalıdır – BMT-NİN QƏRARI
***
Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Ermənistan hökumətini Azərbaycan icmasının tələblərini yerinə yetirməyə çağırıblar.
İcma üzvləri Ermənistan hakimiyyətindən abidələri qorumağı və milli azlıqları qorumasını istəyirlər.
Belə ki, BMT Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının sənədlərdə göstərdiyi şərtlərini yerinə yetirilməsini tələb edib. Təşkilatın hesabatında Ermənistan ərazisində Azərbaycan xalqına məxsus dini-mədəni irs obyektlərinin siyahısının tətbiqinin zəruriliyi qeyd olunub. İcma Ermənistan hökumətinin milli azlıqların hüquqlarına hörmət etmədiyinə də diqqət çəkib.
Azərbaycan icması Ermənistanın insan haqları paktı ilə bağlı hesabatına əsaslanaraq, bu paktın Ermənistan hökuməti tərəfindən pozulduğunu göstərən öz sənədini yaradıb.
İcma nümayəndələri Ermənistanın tez-tez digər beynəlxalq müqavilələri pozduğunu da xatırladıblar.
Qeyd olunur ki, BMT-nin komitəsi bu sənədlərlə tanış olub və Ermənistanın respublika ərazisində yaşayan milli azlıqları qorumağa borclu olduğu barədə qərar qəbul edib.
İrəvan, həmçinin dövlət tərəfindən qorunacaq Azərbaycan abidələrinin reyestrini yaratmalıdır.
JASMİN