“Paşinyan Vladimir Zelenskinin yolu ilə sıçrayışlı addımlar atır.”
***
Yüksək rütbəli mənbənin sözlərinə görə, “onlar Ermənistanı 3 №li Ukraynaya çevirməyə çalışırlar” və Ermənistanın baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna prezidenti Vladimir Zelenskinin izi ilə gedir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı qismini tamamilə məsuliyyətsiz və təxribatçı kimi qiymətləndiririk”, - deyə mənbə bildirib.
O, “Biz Moldovanı 2 nömrəli Ukrayna hesab etsək, Ermənistanı necə 3 nömrəli Ukraynaya çevirməyə çalışdıqlarını görürük və Paşinyan Vladimir Zelenskinin yolu ilə sıçrayışlı addımlar atır”.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda guya açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı “müttəfiqlər” tərəfindən edildiyini açıqlamayıb.
Ad çəkilməsə də Rusiya tərəfi Paşinyanın atdığı daşın hansı tərəfə nişanladığının fərqindədir. Və mənbənin açıqlamasından görünən budur ki, artıq Moskva Paşinyanın bu cür təxribatlı çıxışlarından cana gəlib və son vaxtlar bununla bağlı yuxarı kürsülərdən də ona lazımi cavab verilib.
Başı Ukraynaya qarışmış Rusiya üçün də, yəqin ki, hər şeyin öz zamanı var...
JASMİN