...44 günlük Vətən müharibəsi qazisi R.Hüseynov "Təzadlar"a yazır: "...Dükana girmək üçün binamızın qarşısında 5-10 dəqiqəliyə maşını saxlayan kimi bir AYNA əməkdaşı yaxınlaşır: "Ödəniş etdinizmi?" Deyirəm ki, yox. Əvvəla, binamızın 100 metrliyidir... 2- si, lövhənizdə yazmısınız ki, 10-15-20 dəqiqə pulsuzdur. Üçüncüsü və on üçüncüsü... Camaat torpaq uğrunda müharibəyə gedəndə AYNA onlara hər qarş torpaq uğrunda necə döyüşməyi və şəhid olmağı deməmişdi, indi həmin torpağı Bakıda bizlərə qarış- qarış satışa çıxarıb... Parlament dairəsindən bura gələnədək düz 1 saat tıxacda qalıb 4 litr artıq benzin yandırmışam. Onu kompensasiya edib sonra parkovka pulu istəyin və s. Gəlirəm mətləbə: dostlar, bir dəstə fürsətcil düşüb ortalığa. insanlar o yana gedir- "QAİ" cərməsinin, bu yana gəlir- AYNA parkovkasının, evə çatır- qaz, işıq, su, zibil, bələdiyyə, "JEK" pulunun, işə gedir- icarə və bank kreditinin hədə və həyacanı ilə qarşılaşır. Bütün günü bu psixoloji gərginliklə adamların canını boğaza yığmaya son qoyulmalıdır! Müharibə başlayanda vətənpərvərlik, dövlət təəssübkeşliyi tələb edənlər indi insanları rahat buraxmalıdır! AYNA- nın bu hoqqabazlığına ölkə Prezidenti səviyyəsində reaksiya verilməlidir. Həyət- bacaları xətləyib insanların canını boğaza yığmaqdadırlar... Tədbir görülməlidir!".

Bəli, sözün bitdiyi yer... İnsanları gərginlik altında saxlamağa heç bir əsas yoxdur, tədbir görülməlidir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN