Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda yazıb:

"Türkiyə olaraq fələstinli bacı-qardaşlarımızın yaşadığı böyük ağrını ürəyimizdə hiss edirik. Əksəriyyəti uşaq olan minlərlə şəhidə hörmətimizin əlaməti olaraq Türkiyədə 3 günlük milli matəm elan edirik”.

TEZADLAR.AZ  trt-yə istinadən xəbər verir ki, Ərdoğanın paylaşımında milli matəmlə bağlı qərarda yazılır: “İsrailin mülki şəxslərə və son olaraq 2023-cü ilin 17 oktyabrında törətdiyi xəstəxanaya hücumları nəticəsində həyatını itirən və yaralananlara görə Fələstin xalqının ağrısını bölüşmək üçün milli matəm elan edilməsilə əlaqədar bütün ölkəmizdə və xarici nümayəndəliklərimizdə 21 oktyabr günəş qürub edənədək 3 günlük yas elan edilir və o zamana qədər bayraqların yarıya qədər endirilməsi məqsədəuyğun hesab olunur”.

  Ümummilli matəmlə bağlı Türkiyədə mədəniyyət və incəsənət tədbirləri ləğv edilib.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti rəhbərliyi də İsrailin Qəzzada xəstəxanaya hücumu ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edib.

  Xatırladaq ki, İsrailin hücumları nəticəsində 3 mindən çox fələstinli həyatını itirib, 12500-dən çox adam yaralanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN