...Paşinyan çətin suallar qarşısında qalan Ermənistanı düşdüyü bataqlıqdan çıxarmaq üçün yollar axtarır.

O, demək olar hər gün parlamentdə, ya da digər tribunalarda çıxış edərək əhalini inandırmağa çalışır ki, ölkəsi qaranlıqdan işıqlığa çıxacaq. Amma özü də, ətrafı da, elə keçmiş rəhbərlər-Sarkisyan və Koçaryan da yaxşı bilirlər ki, bütün bu cəhdlər əbəsdir...
Elə bu məqsədlə avqustun 24-də parlamentdə çıxış edən baş nazir Paşınyan deyib: "Regionda düşmənçiliyin öhdəsindən gəlmək Ermənistanın xarici siyasətinin vacib, əsas komponentinə çevrilə bilər". Onun sözlərinə görə, düşmənçiliyin dərinləşməsi regionun stabilliyi və təhlükəsizliyi üçün təhdiddir. Ermənistanın regional komunikasiyaların açılmasına yönəlik səyləri və digər tərəfdən kontruktiv yanaşmanın nümayişi sülh və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına gətirib çıxaracaq. Bu nöqteyi nəzərdən 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatın bəndlərinin tam reallaşdırılması əsasdır. “Bu regional məsələdir və hesab edirəm ki, regionda düşmənçilik mühitinin öhdəsindən gəlmək bizim regional xarici siyasətin və əməkdaşlığın özəyi ola bilər, həmçinin regionun digər ölkələrini də maraqlandıra bilər. Bu məsələ onları maraqlandırmaya bilər, ancaq hətta bu halda da bizim gündəmdə qalmalıdır”, - deyə Paşınyan bildirib. O həmçinin qeyd edib ki, Yerevanın Qarabağ məsələsinin nizamlanması istiqamətində ardıcıl olmayan mövqeyi əhəmiyyətli zərər vurub və erməni tərəfi arzuladığına nail olmayacağın təqdirdə nələrin olacağını düşünmürdü. “Azərbaycanın ritorikası həmişə və hər yerdə eyni idi, Ermənistanın isə ölkə daxilində, xarici mühitdə və danışıqlar masasında fərqlənirdi. Bu sualın cavabı yox idi: danışıqlar masasında bizim üçün əlverişli olan nəticə əld edilməsə nə edəcəyik? Bu sistemli problem situasiyaya ciddi təsir etdi”, - deyə Paşınyan bildirib.
Siz o boyda prezidentin "...düşmənçiliyin dərinləşməsi regionun stabilliyi və təhlükəsizliyi üçün təhdiddir" deməsinə fikir verin. Bəli, Nyuton başına alma düşəndən sonra dünya elminin ən vacib kəşfini etdi-Ümumdünya cazibə qanunu.... Görünür, Paşinyan da təpəsinə mərmi, dronlarımızın raketləri... düşəndən sonra dünya siyasətinə badalaq gəlinən bir kəşfini, yəni etirafını etməli oldu... Və indi başa düşüblər ki, sən demə, 30 illik işğalçılıq siyasəti Ermənistana qəbirqazma imiş... Bəs indi nə etməli? Bu çətin sualın cavabını tapmaqda inanaq ki, Rusiya və Fransa... Ermənistana kömək edəcək... Tapa bilsələr...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN