Makronun Ermənistana silah göndərməsi, əslində, bu ölkəni 30 il əvvəl Rusiyanın bu terrorçu və işğalçı ölkəni silahlandırıb- qızışdırlb sonda zəlil günə qoymasının eynisidir...

Azərbaycanın 44 günlük Zəfər müharibəsi bir daha bunu göstərmiş oldu. İndi də Makron Ermənistana silah göndərir. Amma məsələ ondadır ki, Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət etdiyi barədə iddia səsləndirilir. Azərbaycanın “Caliber” hərbi saytının yaydığı məlumatdan bəlli olur ki,  ötən gecə Gürcüstanın Poti limanına Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb. "Ermənistana Gürcüstan ərazisindən göndərilən texnikalar qarşı tərəfə ağır zərbə endirəcək texnikalar deyil. Bunun üçün düşünmürəm ki, burada hansısa problem yaransın”,- deyə Gürcüstanın hərbi-siyasi eksperti Vaxtanq Maysaya əlavə edub: "Gürcüstan NATO-ya üzv olmağa çalışdığı üçün Fransa ilə əlaqələri mövcuddur. Ermənistanla da qonşuluq əlaqələri var. Gürcüstanın öz ərazisindən istifadə etdirərək Ermənistana texnikanın keçidinə icazə verməsi beynəlxalq hüquqlar çərçivəsindədir. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz”.

Bütün hallarda, Fransanın siyasi rəhbərliyinin bölgəyə belə bir silahların göndərilməsi barədə qərarı həm də Rusiyaya meydan oxumaqdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN