Fransa Prezidenti Makronun Ermənistana silah-sursat göndərməsi, əslində, Rusiyanın əsəbləri ilə oynamaqdır...

Çünki Makron Rusiyaya münasibətini Ukrayna müharibəsinin getdiyi dövrdə də nümayiş etdirmiş oldu... "Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar", -deyən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı şərhində də bu fkir aydın görünür. O, bir daha bildirib ki, beynəlxalq ictimaiyyət öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyən Fransanın regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətinin dayandırılmasına çağırış etməlidir.

Rusiya isə hələki susur. Amma susmaq bu dəfə razılıq əlaməti deyil. Fransanın bölgəyə müdaxiləsinə susmaq və Rusiyanı Qafqazdan sıxışdırıb çıxarma siyasəti Fransaya baha başa gələ bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN