Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ili ilə bağlı Zərdabda geniş tədbir keçirilib... Professor Tofiq Cahagirov "Təzadlar"a açıqlamasında bildirdi ki, belə bir tarixi gündə “Heydər Əliyev İli” ilə əlaqədar Zərdab rayonunda müstəqil Azərbaycanın və YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir olduqca maraqlı keçib... Sitat: "Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə gül dəstələri qoyduq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdik. Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında danışıldı. Mən də öz çıxışımda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlara nail olduğunu, müstəqilliyimizi möhkəmləndirdiyini vurğuladım. Qeyd etdim ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu kursa arxalanan siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib, Azərbaycan dövləti daha da güclənərək dünya ölkələri arasında öz layiqli yerini tutub....".
T.Cahagirov onu da əlavə etdi ki, tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və təşəkkürnamə, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
A.Məmmədli
tofiq-2
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN