Fürcüstan mediasında Saakaşvilinin əfv ediləcəyi xəbəri yayıldı...

Tezadlar.az bildirir ki, dünən Prezident Salome Zurabişvili Qoridə jurnalistlərin suallarını cavablandırıb və jurnalistlər prezidentə Saakaşvilinin əfv edilməsi ilə bağlı sual ünvanlayıblar. O cavabında deyib: "Mən bura nə Stalin, nə də Saakaşvili haqqında danışmaq üçün gəlməmişəm. Üçüncü prezident Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də keçirilən mitinqlərin Rusiya tərəfindən idarə olunduğunu deyirdi. Halbuki, həmin aksiyalar gürcü xalqının mübarizəsi idi. Bu barədə başqa heç nə deyə bilmirəm”.

 Salome Zurabişvili jurnalistlərin mart etirazları zamanı həbs edilən Lazare Qriqoriadisi əfv edib-etməyəcəyi sualını cavablandırıb: “Mən burada kimisə əfv etməkdən danışmıram və bu barədə suallara cavab vermirəm. Əfv siyahıları olanda görəcəksən ki, mən kimi əfv edəcəyəm!” – deyə Salome Zurabişvili bildirib.
Qeyd edək ki, Salome Zurabişvili Qoriyə gedib və burada Aİ-yə namizəd statusu ilə bağlı imza toplama kampaniyasında iştirak edib. Siyasi ekspertlər isə, prezidentin Saakaşvilini əfv edəcəyini istisna etmirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN