Yüksək elektromaqnit dalğası yayan 5G anten qurğusu ilə bağlı mütəxəssislərin rəyinə ciddi ehtiyac var...

Hələ bir müddət əvvəl Yeni Günəşlidə yaşayan F.Məmmədova adlı şikayətçi "Təzadlar"a ərizə yazaraq sakinlər adından binalarının üzərinə 3G anten qurğusunun yerləşməsinə qəti etirazını bildirmişdi. Şikayətçi bu qurğunun quraşdırılmasından sonra baş ağrılarının olduğunu, gecələr uğultudan yata bilmədiklərini və s. əsas gətirərək aidiyyəti dövlət qurumlarından kömək istəyirdi...
XXX
Bu dəfə isə Xırdalan şəhərinin 27-ci məhəlləsinin sakinlərindən "Təzadlar"a daxil olan şikayətdə də oxşar problemdən bəhs olunur. Şikayətçilər deyirlər ki, onlar son 3-4 gündür təşviş içindədir. Sakinlər yaşayış binalarına yaxın qurulan 5G anteninə etiraz edirlər. Dünəndən artıq antenin çixarilmasina görə imza toplamaga başlayıblar. Bunun üçün şikayət ərizələri aidiyyəti dövlət qurumlarına göndərilib.

Hesab edirik, bu cür yüksək tezlikli elektromaqnit dalğası yayan qurğuların yaşayış yerlərində hansı şərtlərlə quraşdırılmasına rəsmi orqanlar aydınlıq gətirməlidirlər. Bəzən həmin antenləri evlərin birbaşa üzərinə yerləşdirirlər. Bu nə dərəcədə düzgündür, mütəxəssis rəyini öyrənməyə çalışacağıq...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN